AZ

İranın Baş Qərargah rəisi: İran hələ İsrailə qarşı ciddi əməliyyat keçirməyib

İran hələlik İsrailə qarşı ciddi hərbi əməliyyat həyata keçirməyib və yalnız xəbərdaredici xarakterli zərbələrlə kifayətlənib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki,  bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi bəyan edib.

“İndiyədək həyata keçirilən əməliyyatlar sadəcə qarşı tərəfi çəkindirmək məqsədi daşıyan bir növ xəbərdarlıq idi”, – deyə Musəvi “Al Alam” telekanalına açıqlamasında bildirib.

Musəvi həmçinin Tel-Əviv və Hayfa sakinlərini şəhərləri tərk etməyə çağırıb.

Seçilən
22
5
nocomment.az

6Mənbələr