AZ

İran “Mossad”ın qərargahına bu raketlərlə vurub AÇIQLAMA

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran İsrailin Kəşfiyyat və Xüsusi Tapşırıqlar İdarəsinin (Mossad) Təl-Əviv yaxınlığında yerləşən qərargahına zərbələr endirmək üçün izlənilməsi və ya tutulması mümkün olmayan raketlərdən istifadə edib.

“Report”un İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Rza Təlayiniq bildirib.

“Bugünkü hücumda (Mossadın qərargahına - Qeyd) izlənilə və ya tutula bilməyən raketlərdən istifadə etdik”, - deyə o qeyd edib.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin "Glilot" hərbi kəşfiyyat bazasına və “Mossad”ın qərargahına raket zərbəsi endirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
5
azpolitika.info

6Mənbələr