AZ

İran “Mossad”ın qərargahına hücumda izlənilməsi mümkün olmayan raketlərdən istifadə edib

İran İsrailin Kəşfiyyat və Xüsusi Tapşırıqlar İdarəsinin (Mossad) Təl-Əviv yaxınlığında yerləşən qərargahına zərbələr endirmək üçün izlənilməsi və ya tutulması mümkün olmayan raketlərdən istifadə edib.

 

 Bu barədə İran Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Rza Təlayiniq bildirib.

 

“Bugünkü hücumda (Mossadın qərargahına - Qeyd) izlənilə və ya tutula bilməyən raketlərdən istifadə etdik”, - deyə o qeyd edib.

 

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin "Glilot" hərbi kəşfiyyat bazasına və “Mossad”ın qərargahına raket zərbəsi endirib./Report

Tarix: 17 İyun 2025, 23:27   
Seçilən
4
5
pravda.az

6Mənbələr