Kanada hökuməti Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Şkrebnevanı sanksiyalar siyahısına əlavə edib.
Bu barədə Kanada hökumətinin saytında dərc olunan sənədlərdə deyilir.
Qeyd edək ki, o, 1983-2013-cü illərdə Vladimir Putinlə evli olub. Onun hazırkı əri Artur Oçeretnı da sanksiya siyahısına daxil edilib.
Bundan başqa, siyahıda prezidentin uzaq qohumları Mixail Putin və Mixail Şelomov da var.
"Cebheinfo.az"