Kanada hökuməti Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Şkrebnevanı sanksiyalar siyahısına əlavə edib. Bu barədə Kanada hökumətinin saytında dərc olunan sənədlərdə deyilir.
O, 1983-2013-cü illərdə Rusiya prezidenti ilə evli olub. Onun hazırkı həyat yoldaşı Artur Oçeretnı da sanksiya siyahısına daxil edilib.
Bundan başqa, siyahılarda prezidentin uzaq qohumları Mixail Putin və Mixail Şelomov da var.