AZ

Türkiyə və Rusiyanın müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Ankara, 18 iyun, AZƏRTAC

İyunun 18-də Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Rusiyanın müdafiə naziri Andrey Belousovla telefonla danışıb.

Türkiyə Müdafiə Nazirliyindən AZƏRTAC -a bildiriblər ki, Gülər və Belousov İran və İsrail arasında münasibətlərdəki gərginliyə diqqət yönəldərək, regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlərə xüsusi diqqət yetirilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
22
1
azertag.az

2Mənbələr