İyunun 18-də Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Rusiyanın müdafiə naziri Andrey Belousovla telefonla danışıb. Türkiyə Müdafiə Nazirliyindən SİA-ya bildiriblər ki, Gülər və Belousov İran və İsrail arasında münasibətlərdəki gərginliyə diqqət yönəldərək, regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlərə xüsusi diqqət yetirilib.