Bakı.Trend
İsrail hərbi hava qüvvələri gecə ərzində İrandan İsrail üzərinəburaxılmış 3 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Trend xəbər verirki, bu barədə İsrailin Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Məlumata görə, hərbi dronlardan ikisi Ölü dənizin hava məkanındavurulub, digəri isə İsrailin şimalında zərərsizləşdirilib. Qeydolunan ərazilərdə dron hücumu ilə bağlı həyəcan təbili çalınıb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.