AZ

ABŞ İrana hücumla bağlı qərar qəbul etməyib

ain.az bildirir, Oxumeni.az portalına istinadən.

ABŞ İrana hücumla bağlı qərar qəbul etməyib

Trampla milli təhlükəsizlik komandası arasında keçirilən görüşdə İrana hücumla bağlı qərar verilməyib. Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Amerika administrasiyasının nümayəndələrinin sözlərinə görə, hücum müzakirə olunan variantlardan biri olub.

İsrailin "Kanal 12" telekanalı iyunun 18-nə keçən gecə Vaşinqtonun İsrailin İrana qarşı hücumlarına qoşula biləcəyini yazıb. ABŞ-ın Yaxın Şərqə daha çox döyüşçü göndərdiyi, onların bölgədəki sayını artırdığı qeyd edilib. İyunun 17-də “The New York Times” (NYT) Amerika rəsmilərinə istinadən yazıb ki, əgər Vaşinqton İrana zərbə endirməkdə İsrailə qoşularsa, Tehran ABŞ bazalarına hücum edəcək – bu addım üçün hərbi texnika artıq hazırlanıb.

İran və İsrail arasında münaqişə iyunun 13-də qızışıb. Daha sonra İsrail ordusu İranın nüvə obyektlərinə zərbələr endirib və bir sıra yüksək rütbəli İran hərbçilərini öldürüb. Buna cavab olaraq Tehran Tel-Əvivi raket və pilotsuz təyyarələrlə atəşə tutmağa başlayıb.

Almaz Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
50
oxumeni.az

10Mənbələr