AZ

Amina Buayaşdan Bakıya Video Müraciət: “Qanunun aliliyi – bir qoruyucudur”

Ombudsmanların Qlobal Alyansının rəhbəri Amina Buayaş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumuna video müraciət ünvanlayıb.

News24.az xəbər verir ki, o, Azərbaycan Ombudsmanına bu tədbirə ev sahibliyi etdiyinə görə təşəkkürünü çatdırıb:

"Bu gün Sizinlə bu tədbirdə şəxsən iştirak edə bilməyəcəyimə görə təssüflənirəm. Lakin böyük məmnuniyyətlə bu video mesajımı Sizlərə çatdırmaqdan məmnunam. Qanunun aliliyi insan hüquqlarının həyata keçirilməsində əsas faktordur. Bu məhz insan hüquqlarının prinsip olmaqdan çıxaraq reallığa çevrilməsidir. Qanunun aliliyi olmadan insan hüquqlarına effektiv əllşatanlıq mümkün deyil. Hüquqlar pozulduğu zaman həqiqi ədalət olmur və hesabatlılıqdan yayınma halları baş verir. Bu səbəbdən milli insan hüquqları və ombudsman institutları olaraq qanunun aliliyi bizim fəaliyyətimizin (işimizin) əsasını təşkil edir. Qanunun aliliyi qanun qarşısında şərəf və ləyaqəti, bərabərliyi və ayrı-seçkilikdən müdafiəni təmin edir".

Amina Buayaş bildirib ki, Məhz biz müstəqil təsisat qismində dövlət və vətəndaş cəmiyyəti arasında körpü rolunu oynayaraq, qanunvericilik aktlarının və siyasətlərin monitorinqini apararaq, hüquqi islahatların aparılmasını təşviq edərək, və beynəlxalq standartlara uyğunlaşmanı təmin edərək, habelə vətəndaş cəmiyyətini təşviq edərək, şikayətləri araşdıraraq, həssas qruplarına dəstək göstərərək qanunun aliliyi prinsipini gücləndirmiş oluruq:

"Bu bizdən başlayır. Daha güclü, daha müstəqil və bütün çətinliklərə, resursların çatışmazlığına, harada olmagımıza baxmayaraq bizim institutlar birlikdə deyirik  qanunun aliliyi – bir qoruyucudur. Ümid edirəm ki, bu cür debatlar bizim ümumi fəaliyyətimizə töhfə verəcəkdir.  Təşəkkür edir və işinizdə uğurlar arzu edirəm".

Aqil Qarayev

Seçilən
9
2
news24.az

3Mənbələr