AZ

Qlobal Alyansının rəhbəri Bakı simpoziumuna video-müraciət ünvanladı

BAKI, 18 iyun. TELEQRAF

"Azərbaycan Ombudsmanına bu tədbirə ev sahibliyi etdiyinə görə təşəkkür edirəm. Bu gün Sizinlə bu tədbirdə şəxsən iştirak edə bilməyəcəyimə görə təssüflənirəm. Lakin bu video-mesajımı sizlərə çatdırmaqdan məmnunam".

Teleqraf xəbər verir ki, bunu "Konstitusiya və Suverenlik İli" və 18 iyun-Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu" mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda Ombudsmanların Qlobal Alyansının rəhbəri Amina Buayaş video müraciətində deyib.

"Qanunun aliliyi insan hüquqlarının həyata keçirilməsində əsas faktordur. Bu, məhz insan hüquqlarının prinsip olmaqdan çıxaraq reallığa çevrilməsidir. Qanunun aliliyi olmadan insan hüquqlarına effektiv əllşatanlıq mümkün deyil. Hüquqlar pozulduğu zaman həqiqi ədalət olmur və hesabatlılıqdan yayınma halları baş verir. Bu səbəbdən milli insan hüquqları və ombudsman institutları olaraq qanunun aliliyi bizim fəaliyyətimizin (işimizin) əsasını təşkil edir. Qanunun aliliyi qanun qarşısında şərəf və ləyaqəti, bərabərliyi və ayrı-seçkilikdən müdafiəni təmin edir.

Milli insan hüquqları və ombudsman institutları olaraq biz nə edə bilərik?! Məhz biz müstəqil təsisat qismində dövlət və vətəndaş cəmiyyəti arasında körpü rolunu oynayaraq, qanunvericilik aktlarının və siyasətlərin monitorinqini apararaq, hüquqi islahatların aparılmasını təşviq edərək, beynəlxalq standartlara uyğunlaşmanı təmin edərək, habelə vətəndaş cəmiyyətini təşviq edərək, şikayətləri araşdıraraq, həssas qruplarına dəstək göstərərək qanunun aliliyi prinsipini gücləndirmiş oluruq. Bu bizdən başlayır. Daha güclü, daha müstəqil və bütün çətinliklərə, resursların çatışmazlığına, harada olmagımıza baxmayaraq bizim institutlar birlikdə deyirik: Qanunun aliliyi – bir qoruyucudur. Ümid edirəm ki, bu cür debatlar bizim ümumi fəaliyyətimizə töhfə verəcək",-deyə o, əlavə edib.

Seçilən
0
2
teleqraf.com

3Mənbələr