AZ

Qanunun aliliyi insan hüquq və azadlıqlarının ən mühüm təminatçısıdır - Səbinə Əliyeva

Bakı, TurkicWorld

Qanunun aliliyi təkcə cəmiyyətin ədalətli və dayanıqlı inkişafının təməl daşı deyil, həm də insan hüquq və azadlıqlarının ən mühüm təminatçısıdır.

TurkicWorld xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bu gün keçirilən "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu" mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunda çıxış edərkən deyib.

O bildirib ki, bu baxımdan, Konstitusiyada insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunması, habelə bu ali məqsədin həyata keçirilməsində məsul olan, konstitusion statusa malik Ombudsman təsisatının yaradılması ölkəmizdə insan hüquqlarına verilən ən yüksək dəyərin təzahürüdür.

"Konstitusiyanın əsas məqsədlərindən biri də dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasıdır. Bu amillər demokratik dövlətin mövcudluğunun və institusional davamlılığının, onun beynəlxalq hüququn subyektinə çevrilməsinin başlıca şərtləri kimi çıxış edir. Qürurverici haldır ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ildən çox işğal altında olan torpaqlarımız azad edildi, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi tam olaraq bərpa edildi, bölgədə sülh və sabitlik təmin olundu.

Bu baxımdan, Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü münasibətilə ölkə Prezidentinin müvafiq sərəncamına əsasən elan olunmuş "Konstitusiya və Suverenlik İli" çərçivəsində təşkil edilmiş bugünkü Beynəlxalq Simpozium qanunun aliliyinin və suverenlik dəyərlərinin təbliği və təşviqi nöqteyi-nəzərindən xüsusi önəm daşıyır"- deyə o əlavə edib.

Seçilən
10
2
turkic.world

3Mənbələr