AZ

Səbinə Əliyeva: Ombudsman təsisatının yaradılması ölkəmizdə insan hüquqlarına verilən ən yüksək dəyərin təzahürüdür

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Qanunun aliliyi təkcə cəmiyyətin ədalətli və dayanıqlı inkişafının təməl daşı deyil, həm də insan hüquq və azadlıqlarının ən mühüm təminatçısıdır. Bu baxımdan, Konstitusiyada insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunması, habelə bu ali məqsədin həyata keçirilməsində məsul olan, konstitusion statusa malik Ombudsman təsisatının yaradılması ölkəmizdə insan hüquqlarına verilən ən yüksək dəyərin təzahürüdür.

525.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Bakıda "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda söyləyib.

Ombudsman bildirib ki, konstitusiyanın əsas məqsədlərindən biri dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunmasıdır. Bu amillər demokratik dövlətin mövcudluğunun və institusional davamlılığının, onun beynəlxalq hüququn subyektinə çevrilməsinin başlıca şərtləri kimi çıxış edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
2
525.az

3Mənbələr