Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan mətbuatının 150 illiyinə həsr olunmuş "Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.
APA xəbər verir ki, əmrə əsasən Azərbaycan mətbuatının 150 illiyi ilə əlaqədar maraqlı tərəflərin iştirakının artırılması və aktual mövzulara fərqli perspektivlərdən yanaşaraq vizual məzmunun yaradılması məqsədilə “Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin keçirilməsi planlaşdırılır.
“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin keçirilməsi qaydaları təsdiq olunub.
Qeyd edək ki, əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.