BAKI. 18 iyun. TELEQRAF
Dünyanın ən böyük qarışıq döyüş növləri təşkilatı olan UFC Azərbaycanın aparıcı idman kanalı İdman TV ilə əməkdaşlığa başlayaraq, “UFC FIGHT NIGHT”: HILL Rauntriyə qarşı tədbirini canlı yayımlayacaq.
Telekanaldan Teleqraf-a verilən məlumata görə, 21 iyun saat 20:00-da başlanacaq tədbirin bütün əsas və ilkin döyüşlərini, eləcə də 20 iyun saat 18:00-da baş tutacaq rəsmi çəki mərasimi canlı yayımlayanacaq.
Əsas döyüşdə keçmiş dünya çempionu Camal Hill parlamaqda olan ulduz Xəlil Rountri ilə qarşılaşacaq. Həmin gecənin birgə əsas döyüşündə isə azarkeşlərin sevimlisi, azərbaycanlı döyüşçü Rafael Fiziev çilili Iqnacio Baxamondes ilə üz-üzə gələcək.