AZ

UFC-nin Bakıda təşkil olunacaq turniri bu kanalda

Dünyanın ən böyük qarışıq döyüş növləri təşkilatı olan UFC Azərbaycanın aparıcı idman kanalı "İdman" TV ilə əməkdaşlığa başlayıb. Telekanal “UFC FIGHT NIGHT": HILL Rauntriyə qarşı" tədbirini canlı yayınlayacaq.

"Football-plus.az" xəbər verir ki, "İdman" TV iyunun 21-də saat 20.00-da keçiriləcək tədbirin bütün əsas və ilkin döyüşlərini, eləcə də 20 iyun saat 18:00-da baş tutacaq rəsmi çəki mərasimini canlı yayınlayacaq.

Əsas döyüşdə keçmiş dünya çempionu Camal Hill, parlamaqda olan ulduz Xəlil Rountri ilə qarşılaşacaq. Həmin gecənin birgə əsas döyüşündə isə azarkeşlərin sevimlisi, azərbaycanlı döyüşçü Rafael Fiziyev çilili İqnasio Bahamondes ilə üz-üzə gələcək.

Seçilən
6
8
football-plus.az

9Mənbələr