AZ

“Sabah” üçün ya AEK, ya “Partizan”...

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin püşkü atılıb.

“Qafqazinfo” xəbər verir ki, bu turnirdə Azərbaycanı təmsil edəcək “Sabah” birinci təsnifat mərhələsini adlayacağı təqdirdə, növbəti raundda AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

Bu mərhələnin ilk oyunları 24 iyul, cavab görüşləri isə 31 iyul tarixində keçiriləcək. Təmsilçimiz növbəti mərhələyə vəsiqə qazanarsa, ilk oyununu öz meydanında keçirəcək.

Qeyd edək ki, “Sabah” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın “Çelye” klubu ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
10
qafqazinfo.az

10Mənbələr