AZ

İlham Əliyev sabah Türkiyəyə gedəcək

"Azərbaycan Prezidenti İlham Əliyev Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2025-ci il iyunun 19-da cümə axşamı günü ölkəmizə səfər edəcək”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun "X" səhifəsində yazıb.

Onun sözlərinə görə, səfər çərçivəsində 2023-cü ilin fevral ayında baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraşda “Azərbaycan Məhəlləsi” adıyla inşa edilən yaşayış kompleksinin Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılışı həyata keçiriləcək:

“Səfər zamanı Türkiyə və Azərbaycan arasındakı münasibətlərlə yanaşı, aktual regional proseslər barədə də fikir mübadiləsinin aparılması nəzərdə tutulur”.

"Cebheinfo.az" 

Seçilən
3
24
cebheinfo.az

10Mənbələr