AZ

İlham Əliyev Türkiyədə “Azərbaycan Məhəlləsi”nin açılışına qatılacaq


Azərbaycan Prezidentiİlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 19-da Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun məlumat verib.
Xəbərə görə, səfər çərçivəsindəPrezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə 2023-cü ilin fevral ayında qardaş ölkədə baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraşda “Azərbaycan Məhəlləsi” adıyla inşa edilən yaşayış kompleksinin açılışı həyata keçiriləcək.
"Səfər zamanı Türkiyə və Azərbaycan arasındakı münasibətlərlə yanaşı, aktual regional proseslər barədə də fikir mübadiləsinin aparılması nəzərdə tutulur", - deyə Altun qeyd edib.

SAMİRƏ

Seçilən
1
24
baki-xeber.com

10Mənbələr