AZ

Elmar Baxşıyev: "Avrokuboklarda zəif-güclü rəqib axtarmaq yersizdir"

Xəbər verdiyimiz kimi, bu gün UEFA Konfrans Liqasının II mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, “Araz-Naxçıvan” Yunanıstan “Aris”i ilə qarşılaşacaq. Komandanın baş məşqçisi Elmar Baxşıyev püşkü dəyərləndirib:

“Potensial rəqiblərimizin hamısı güclü komandalardır. Ümumiyyətlə, avrokuboklarda zəif-güclü rəqib axtarmaq yersizdir. Həm də burada rəqibi biz deyil, püşk seçir. İndiki məqamda əsas işimiz komandanı tez bir zamanda komplektləşdirmək, təlim-məşq toplanışına tam heyətlə çıxmaq və oyunlara yaxşı hazırlaşmaqdır. Rəqibi hələ analiz etməmişik. Püşk indi atıldı. Onları analiz etmək, zəif və güclü tərəflərini öyrənmək üçün zamanımız var”.

Qeyd edək ki, oyunlar iyulun 24-də və 31-də keçiriləcək.

saytlarin hazirlanmasi

Seçilən
5
9
sportal.az

10Mənbələr