AZ

"İndiki məqamda əsas işimiz komandanı..." - Elmar Baxşıyev

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Fanat.Az xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlamasında Yunanıstan təmsilçisi “Aris”lə bağlı fikirlərini belə çatdırıb:

“Potensial rəqiblərimizin hamısı güclü komandalardır. Ümumiyyətlə, avrokuboklarda zəif-güclü rəqib axtarmaq yersizdir. Həm də burada rəqibi biz deyil, püşk seçir. İndiki məqamda əsas işimiz komandanı tez bir zamanda komplektləşdirmək, təlim-məşq toplanışına tam heyətlə çıxmaq və oyunlara yaxşı hazırlaşmaqdır. Yunanıstan klubunu hələ təhlil etməmişik. Püşk indi atıldı. Onları təhlil etmək, zəif və güclü tərəflərini öyrənmək üçün zamanımız var”.

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları iyulun 24-ü və 31-də keçiriləcək.

Seçilən
11
9
fanat.az

10Mənbələr