İsrail Hərbi Hava Qüvvələri Tehranın İranın ali dini lideri Əli Xameneinin bunkerinin yerləşdiyi bölgəni bombalayır .
Milli.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
"Hazırda Hərbi Hava Qüvvələri Tehran ərazisində İranın hərbi obyektlərinə hücum edir", - məlumatda qeyd olunub.
İsrailin Kanal 9 telekanalı isə bildirib ki, Hərbi Hava Qüvvələri Tehranda İranın dini lideri Əli Xameneinin bunkerinin yerləşdiyi ərazini də bombalayıb.
Milli.Az