
İsrail Hərbi Hava Qüvvələri Tehran ərazisində hərbi obyektlərə zərbələr endirib.
Reyting.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
“Hazırda Hərbi Hava Qüvvələri Tehran ərazisində İran rejiminin hərbi obyektlərinə hücum edir”, - məlumatda qeyd olunub.
İsrailin “Kanal-9” telekanalı isə bildirib ki, Hərbi Hava Qüvvələri Tehranda İranın dini lideri Əli Xamnəinin bunkerinin yerləşdiyi ərazini bombalayıb.(Axar.az)