AZ

Lənkəranda  avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb

Lənkəran rayonunda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb...

“Report”un Cənub bürosu xəbər verir ki, hadisə rayonunun Kərgəlan kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, "VAZ-21015" markalı avtomobilin "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində maşınlarda olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar 3 təcili yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlara ilkin zəruri tibbi yardım göstərilərək müvafiq şöbələrə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
0
8
poliqon.info

10Mənbələr