Lənkəran rayonunda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb.
Axar.az xəbər verir ki, hadisə rayonunun Kərgəlan kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, VAZ-21015 markalı avtomobilin VAZ-2106 markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində maşınlarda olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar 3 təcili yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlara ilkin zəruri tibbi yardım göstərilərək müvafiq şöbələrə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.