Boşandığı iki qadına da aliment ödəməyən şəxs məhkəmə zalında həbs edilib. Onun iki nikahdan 3 övladı var.
40 yaşlı Rüfət (ad şərtidir) iki dəfə ailə qurub boşansa da, məhkəmə qərarı ilə təyin edilmiş alimenti ödəməyib.
Onun birinci evlilikdən bir oğlan övladı dünyaya gəlib. Boşandıqdan sonra aylıq 175 manat ödənişi etmədiyi üçün borcu yığılaraq 6550 manat olub. Ona dəfələrlə rəsmi xəbərdarlıq edilsə də, alimenti ödəməyib.
Rüfətin ikinci evlilikdən isə iki övladı dünyaya gəlib. Bu nikahı da pozduqdan sonra aylıq 300 manat aliment ödəməli olan Rüfət yenə də ödəniş etməyib. Buna görə də aliment borcu yığlaraq 9200 manat olub.
İki aliment borcuna görə ümumi borcu 15 min manatdan çox olan Rüfət rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, ödəniş etməyib. Buna görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə cəzalandırılıb.
Məhkəmənin hökmü ilə 9 ay müddətinə azadlıqdan məhrum edilən Rüfət barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında qandallanıb.//Musavat.com