Demokrat.az xəbər verir ki, 40 yaşlı Rüfət (ad şərtidir) iki dəfə ailə qurub boşansa da, məhkəmə qərarı ilə təyin edilmiş alimenti ödəməyib.
Onun birinci evlilikdən bir oğlan övladı dünyaya gəlib. Boşandıqdan sonra aylıq 175 manat ödənişi etmədiyi üçün borcu yığılaraq 6550 manat olub. Ona dəfələrlə rəsmi xəbərdarlıq edilsə də, alimenti ödəməyib.
Rüfətin ikinci evlilikdən isə iki övladı dünyaya gəlib. Bu nikahı da pozduqdan sonra aylıq 300 manat aliment ödəməli olan Rüfət yenə də ödəniş etməyib. Buna görə də aliment borcu yığlaraq 9200 manat olub.
İki aliment borcuna görə ümumi borcu 15 min manatdan çox olan Rüfət rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, ödəniş etməyib. Buna görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə cəzalandırılıb.
8Mənbələr
-
news24.azBoşandığı iki qadına aliment ödəmədi - HƏBS EDİLDİ ( 18381430)
-
demokrat.azBoşandığı iki qadına aliment ödəmədi — HƏBS EDİLDİ ( 18384181)
-
news24.azBoşandığı iki qadına aliment ödəmədi HƏBS EDİLDİ ( 18383869)
-
viral.azBoşandığı iki qadına aliment ödəməyən şəxs həbs EDİLDİ ( 18380671)
-
redaktor.azBoşandığı iki qadına aliment ödəməyən şəxs həbs EDİLDİ ( 18380530)
-
bizim.mediaBoşandığı iki qadına aliment ödəmədi – HƏBS EDİLDİ ( 18380410)
-
referans.azBoşandığı iki qadına aliment ödəmədi - Həbs edildi ( 18379684)
-
musavat.comBoşandığı iki qadına aliment ödəmədi - Həbs edildi ( 18378604)