AZ

İraqda İrana PUA daşıyan üç avtomobil saxlanıldı

İraqın hüquq-mühafizə orqanları İrana pilotsuz uçuş aparatları (PUA) və partlayıcı maddələr daşıyan 3 yük avtomobilini saxlayıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi İran polisinin rəsmi nümayəndəsi Səid Möntəzir əl-Mehdinin sözlərindən sitat gətirir.

O iddia edir ki, "İran və İraq sərhəd xidmətləri arasında koordinasiya çərçivəsində İraq tərəfi qabaqlayıcı tədbirlər görərək pilotsuz təyyarələr daşıyan 3 nəqliyyat vasitəsini, həmçinin daşınma prosesində şübhəli bilinən şəxsləri aşkar edərək saxlayıb".

İraqın sərhəd xidməti bu hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Seçilən
7
5
bakivaxti.az

10Mənbələr