AZ

İraqda İrana PUA daşıyan üç avtomobil saxlanıldı

İraq sərhəd qüvvələri İrana pilotsuz uçuş aparatları (PUA) daşıdığı iddia olunan üç avtomobili saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı İran polisinin rəsmi nümayəndəsi Səid Möntəzir əl-Mehdi “Mehr” agentliyinə açıqlamasında verib.

Onun sözlərinə görə, “İran və İraq sərhəd xidmətləri arasında koordinasiya nəticəsində İraq tərəfi qabaqlayıcı tədbirlər görərək, PUA daşıyan üç nəqliyyat vasitəsini və prosesdə şübhəli bilinən şəxsləri aşkar edib və saxlayıb”.

Hadisənin hansı bölgədə baş verdiyi və saxlanılan şəxslərin kimliyi barədə əlavə məlumat verilməyib.

Natiq Səlim,
KONKRET.az

Seçilən
21
1
konkret.az

10Mənbələr