AZ

Məşhur tikinti şirkəti qanunu pozdu, Dövlət Komitəsi tədbir görülməsini istəyir

BAKI, 18 iyun. TELEQRAF

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Baki Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti çərçivəsində aparılan mütəmadi monitorinqlər zamanı “RR Constructions” MMC tərəfindən yol verilən pozuntular aşkar edilib. Bu hallar üzrə aidiyyəti qurumlara tədbir görülməsi məqsədilə 10-dan artıq rəsmi müraciət ünvanlanıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

"Məlumat üçün bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyətinin 02.12.2022-ci il tarixli, 265 nömrəli sərəncamına əsasən, Yasamal rayonu ərazisində yerləşən İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrini əhatə edən və ümumi sahəsi 4,32 hektar olan torpaq sahəsi yaşayış və qeyri-yaşayış binalarının tikintisi məqsədilə “RR Constructions” MMC-yə icarəyə verilib. Lakin qanunvericilikdə nəzərdə tutulmuş sənədləşmə və tikintiyə icazənin alınması ilə bağlı bütün prosedurlar tamamlanmamış ərazidə tikinti işlərinə başlanılıb", məlumatda deyilib.

Qeyd edək ki, RR Constructions” MTK tərəfindən Bakının “Kubinka” kimi tanınan hissəsində :“İmperial Residence”-in tikintisi üçün qazıntı işləri aparması sakinlərin narazılığına səbəb olub.

Qazıntı ətrafdakı yaşayış evləri üçün təhlükəli vəziyyət yaradıb. Sakinlər sosial mediada şikayət paylaşırlar. Qazıntı gedən əraziyə su dolub, suyu quruda bilmirlər, şirkətin traktorları da batıb qalıb.

Seçilən
12
1
teleqraf.com

2Mənbələr