AZ

İran ABŞ-yə nota göndərdi

BAKI, 18 iyun. TELEQRAF

İran ABŞ Prezidenti Donald Trampın İslam Respublikası və onun rəhbərliyinə qarşı təhdidlərinə görə ABŞ-yə etiraz notası göndərib.

Teleqraf “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda deyilir: “ABŞ Prezidentinin məsuliyyətsiz bəyanatlarından sonra İsveçrənin Tehrandakı səfiri, Amerikanın maraqlarını təmsil edən xanım Nadin Lozano Xarici İşlər Nazirliyinə çağırılıb. Ona dərhal ABŞ hökumətinə çatdırılması üçün etiraz notası təqdim edilib”.

Seçilən
7
3
teleqraf.com

6Mənbələr