AZ

İran ABŞ a etiraz notası göndərib

Operativ MM portalından verilən məlumata əsasən, ain.az bildirir.

İran ABŞ prezidenti Donald Trampın İran İslam Respublikası və onun rəhbərlərinə qarşı təhdidlərinə görə ABŞ-a etiraz notası göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “ABŞ prezidentinin məsuliyyətsiz hədələyici bəyanatlarından sonra ABŞ-ın maraqlarını təmsil edən İsveçrənin Tehrandakı səfiri xanım Nadine Lozano Xarici İşlər Nazirliyinə çağırılıb və dərhal ABŞ hökumətinə göndərilməsi üçün etiraz notası verilib”.

ABŞ prezidenti Donald Tramp ölkəsinin Tehranın ultimatumunu qəbul etmədiyi təqdirdə İran-İsrail münaqişəsində birbaşa iştirak edə biləcəyinə işarə etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
operativmm.az

6Mənbələr