ain.az bildirir, Fanat portalına istinadən.
"Mançester Yunayted"in əfsanəsi Ueyn Runi yaxın gələcəkdə məşqçiliyə qayıdıb-qayıtmayacağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, o, bu barədə "TalkSPORT"-a açıqlamasında danışıb:
"Məlum olduğu kimi, hazırda mən sadəcə televiziya ilə məşğul oluram. Bu, mənim zövq aldığım işdir. Mən bu işi daha çox sevirəm. Karyeramı ekspert kimi davam etdirəcəyəm".
Runi məşqçilik karyerasına 2019-cu ildə başlayıb. Butslarını "Derbi Kaunti"də divardan asan və tezliklə klubun baş məşqçisi olan 39 yaşlı Runi həmçinin Amerikanın "DC United" və İngiltərənin "Birmingem Siti" və "Plimout" klublarını çalışdırıb. Onun son məşqçi işi 2025-ci ilin yanvarında başa çatıb.
Keçmiş forvard hazırda Britaniya televiziyasında futbol eksperti və analitik kimi fəal işləyir.
Mirağa
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.