ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan gimnastı Azadə Atakişiyeva Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında bədii gimnastika üzrə dünya çempionatında halqa ilə hərəkətlərdə finala yüksəlib.
İdman.biz xəbər verir ki, o, bu növdə təsnifat mərhələsində səkkizinci nəticə göstərərək finalda mübarizə aparmaq hüququ qazanıb.
Həlledici yarış iyunun 22-də baş tutacaq.
Bu gün Sofiyada fərdi yarışlarda təsnifat mərhələsi davam edəcək. İştirakçılar gürzlər və lentlə hərəkətlər göstərəcəklər. Fidan Qurbanlı gürzlərlə kompozisiya ifa edəcək, Şəms Ağahüseynova isə lentlə bacarığını nümayiş etdirəcək.
İdman.biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.