AZ

Azərbaycanlı gimnast dünya çempionatının FİNALINDA

Azərbaycan gimnastı Azadə Atakişiyeva Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında bədii gimnastika üzrə dünya çempionatında halqa ilə hərəkətlərdə finala yüksəlib.

Bizim.Media xəbər verir ki, o, bu növdə təsnifat mərhələsində səkkizinci nəticə göstərərək finalda mübarizə aparmaq hüququ qazanıb.

Həlledici yarış iyunun 22-də baş tutacaq.

Bu gün Sofiyada fərdi yarışlarda təsnifat mərhələsi davam edəcək. İştirakçılar gürzlər və lentlə hərəkətlər göstərəcəklər. Fidan Qurbanlı gürzlərlə, Şəms Ağahüseynova isə lentlə bacarığını nümayiş etdirəcək.

Bizim.Media

Seçilən
0
2
bizim.media

3Mənbələr