AZ

WSJ: “İrana zərbənin bir addımlığında” | VİDEO

AzVision.az xəbər verir ki, öz mənbələrinə isinadən belə məlumat yayan “The Wall Street Journal (WSJ)” nəşrinin yazdığına görə, mümkün hədəflərdən biri də dağın altında yerləşən və yalnız ən güclü bombalar istisna edilməklə, əksər silah növlərindən qorunan yeraltı kompleks olan Fordoda İranın zənginləşdirmə mərkəzidir.

“Amerika regionda hərbi mövcudluğunu gücləndirir. ABŞ Hərbi Dəniz qüvvələrinin (HDQ) üçüncü esminesi Aralıq dənizinin şərqinə daxil olub və ikinci aviadaşıyıcı zərbə qüvvəsi Ərəbistan dənizinə doğru irəliləyir”,- qəzet bildirir.

Pentaqon bu addımların sırf müdafiə xarakteri daşıdığını, lakin onların həm də ABŞ-yə İsrailin hücumlarına qoşulmağa və ya İranın güzəştə getməsi üçün ona təzyiq göstərməyə imkan verdiyini vurğulayır.

Eyni zamanda, məlumatylı mənbələrə istinad edən “Bloomberg” agentliyi ABŞ-nin yüksək vəzifəli məmurlarının yaxın gələcəkdə İrana mümkün zərbə endirmək üçün hazırlıq işləri apardığını yazıb.

Agentliyin məlumatına görə, əməliyyat iyunun 21-22-də keçirilə bilər, lakin onun vaxtının dəyişəcəyi istisna deyil. Planlaşdırmada ABŞ-nin əsas federal agentliklərinin rəhbərliklərinin iştirak etdiyi bildirilir.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
25
50
azvision.az

8Mənbələr