AZ

"Atalanta" A Seriyasında yeni yarımmüdafiəçi tapıb

"Torino"nun yarımmüdafiəçisi Samuele Ricci bu yay klubunu dəyişə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.

"Atalanta" klubu 23 yaşlı italiyalının xidmətində maraqlıdır.

Klub Riççinin transferini 30 milyon avro qiymətləndirir.

Xatırladaq ki, 2022-ci ildə o, 9 milyona Empolidən Torinoya keçmişdi.

2024/25 mövsümündə yarımmüdafiəçi bütün yarışlarda 36 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
30
10
operativmm.az

10Mənbələr