"Aston Villa"nın sol cinah müdafiəçisi Lukas Diqne karyerasını "Atletiko Madrid"də davam etdirə bilər.
90deqiqe.Az-ın "Football Insider"ə istinadən yaydığı məlumata görə, tərəflər artıq mümkün transferlə bağlı danışıqlara başlayıb. Bildirilir ki, “döşək ustaları” futbolçu üçün Birminqhem klubuna 9,4 milyon avroluq açılış təklifi hazırlayır.
2024/25 mövsümündə Diqne bütün turnirlər nəzərə alınmaqla 45 matçda iştirak edib və yeddi məhsuldar ötürmə edib. 31 yaşlı fransızın "Aston Villa" ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədər qüvvədədir. Nüfuzlu Transfermarkt portalının məlumatına görə, futbolçunun dəyəri 10 milyon avrodur.