“Times Higher Education (THE) Impact Rankings 2025” nəticələrinə əsasən, SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) bu nüfuzlu reytinqdə ilk dəfə iştirak etməsinə baxmayaraq, yüksək nəticə əldə edib.
FED.az xəbər verir ki, BANM ölkə üzrə lll sırada qərarlaşaraq, dünya universitetləri arasında 801–1000-ci yerləri bölüşüb.
“THE Impact Rankings” ali təhsil müəssisələrinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (Sustainable Development Goals – SDGs) uyğun fəaliyyətlərini qiymətləndirən nüfuzlu beynəlxalq reytinq sistemidir.
BANM-nin bu uğuru, ali məktəbin sosial məsuliyyət, inklüzivlik və dayanıqlılıq sahələrində apardığı məqsədyönlü fəaliyyətin növbəti təzahürüdür.