“Times Higher Education (THE) Impact Rankings 2025” nəticələrinə əsasən, SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) bu nüfuzlu reytinqdə ilk dəfə iştirak etməsinə baxmayaraq, yüksək nəticə əldə edib.
Bu barədə Sfera.az-a ali məktəbdən məlumat verilib.
BANM ölkə üzrə lll sırada qərarlaşaraq, dünya universitetləri arasında 801–1000-ci yerləri bölüşüb.
“THE Impact Rankings” ali təhsil müəssisələrinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyətlərini qiymətləndirən nüfuzlu beynəlxalq reytinq sistemidir.
BANM-in bu uğuru ali məktəbin sosial məsuliyyət, inklüzivlik və dayanıqlılıq sahələrində apardığı məqsədyönlü fəaliyyətin növbəti təzahürüdür.