Sumqayıt şəhərində yerləşən tekstil fabriklərindən birində yanğın hadisəsi qeydə alınıb.
"Unikal" xəbər verir ki, hadisə şəhərin Sülh prospektində yerləşən müəssisələrdən birində baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən canlı qüvvə və texnika cəlb olunub. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.
İlkin ehtimallara görə, yanğına pambıq qırıntılarının alovlanması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.