“Araz-Naxçıvan” Bruno Franko ilə müqavilə imzalayıb.
"Football-plus.az" xəbər verir ki, braziliyalı sol cinah müdafiəçisi ilə anlaşma birillikdi.
27 yaşlı futbolçu ötən mövsüm Sofiya “Lokomotiv”ində çıxış edib. “Lokomotiv”ə qədər o, Bolqarıstanın “Spartak” (Pleven), eləcə də Braziliyada “Matonense”, “Rio Branco”, “Batatais”, “Mogi Mirim” klublarının formasını geyib.
Xatırladaq ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Kohen, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta