İtaliya milli komandasının yeni baş məşqçisi Cennaro Qattuzo "Liverpul"un futbolçusu Federiko Kyeza barədə danışıb.

Offsideplus.az xəbər verir ki, 47 yaşlı mütəxəssis onun daha çox oynamalı olduğunu düşünür:

"Kyeza daha çox oynamalıdır, bu bizim üçün vacibdir. Qapılarımız ona həmişə açıqdır, lakin biz Fedenin müntəzəm oynamasını istəyirik".

Qeyd edək ki, 27 yaşlı futbolçunun bu yay "Liverpul"dan ayrılacağı gözlənilir. O, daha çox oynaya biləcəyi bir kluba keçmək istəyir.