"Sabah"ın və Litva basketbol yığmasının baş məşqçisi olan Rimas Kurtinaytis milli komandadakı oyunçusu Yonas Valançyunasın Avropaya mümkün dönüşündən söz açıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis 32 yaşlı basketbolçunun "Panatinakos"un təklifini qəbul etməli olduğunu düşünür:

"Onun yerində olsaydım, Avropaya qayıdardım. Onun bir illik müqaviləsi var, amma "Panatinaikos"un təklifinin yaxşı olduğunu düşünürəm. Avroliqa maraqlı liqadır. Şəxsən onun uzun müddətdən sonra Avroliqada necə oynayacağı mənə maraqlıdır. Mənə qalsa, Avropaya geri dönərdim".

Qeyd edək ki, Valançyunas 2012-ci ildən NBA-də çıxış edir. "Panatinakos" 33 yaşlı basketbolçuya 3 illik ümumilikdə 12 milyon avro qazana biləcəyi bir müqavilə təklif edib.