BAKI, 19 İYUN. TELEQRAF
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında Azərbaycan cüdoçusu Uşangi Kokauri 1/8 final görüşünə çıxıb.
Teleqraf xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində rəqib Türkiyə təmsilçisi Munir Ertuğ olub.
Rəqibinə qalib gələn Kokauri 1/4 finala yüksəlib.
Qeyd edək ki, Uşangi Kokauri mübarizəyə 1/32 finaldan başlayıb. O, ilk görüşündə serbiyalı İqor Vraçara, 1/16 finalda isə kubalı Endi Qrandaya qalib gəlib.