Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında Azərbaycan cüdoçusu Uşangi Kokauri 1/8 final görüşünə çıxıb.
Moderator.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində rəqib Türkiyə təmsilçisi Munir Ertuğ olub.
Görüşdən qalib ayrılan Kokauri 1/4 finala yüksəlib. O, növbəti mərhələdə Gürcüstan təmsilçisi Quram Tuşişvili ilə üz-üzə gələcək.
Qeyd edək ki, Uşangi Kokauri mübarizəyə 1/32 finaldan başlayıb. O, ilk görüşündə serbiyalı İqor Vraçara, 1/16 finalda isə kubalı Endi Qrandaya qalib gəlib.