AZ

Azərbaycan basketbol millisi beynəlxalq turnirə qələbə ilə başlayıb

Bakı, 19 iyun, AZƏRTAC

Qazaxıstanın Atrau şəhərində "Airom Cup" beynəlxalq basketbol turnirinə start verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanı bu turnirdə Polad Həsənovun rəhbərlik etdiyi 14 yaşa qədər oğlanlardan ibarət milli komanda təmsil edir.

Turnirdə yığmamızla yanaşı, Qazaxıstanın "Ayrom", Gürcüstanın "Kutaisi", Qırğızıstanın "Edelveys", Rusiyanın "Devon" və "Axtuba" klubları da mübarizə aparırlar.

Azərbaycan seçməsi ilk oyununda Qırğızıstanın "Edelveys" komandası ilə qarşılaşıb və rəqibinə 94:13 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, iyunun 22-dək davam edəcək turnirin qalibi dairəvi sistemlə keçirilən matçlardan sonra məlum olacaq.

Seçilən
9
3
azertag.az

5Mənbələr