14 yaşadək oğlan basketbolçulardan ibarət millimiz Qazaxıstanın Atrau şəhərində keçirilən "Airom Cup" beynəlxalq turnirinə qələbə ilə başlayıb.
"Football-plus.az" xəbər verir ki, Polad Həsənovun rəhbərlik etdiyi yığma ilə yanaşı, yarışda Qazaxıstanın "Ayrom", Qırğızıstanın "Edelveys", Gürcüstanın "Kutaisi", Rusiyanın "Devon" və "Axtuba" klubları da mübarizə aparırlar.
Yığma ilk oyununda "Edelveys" ilə qarşılaşıb və rəqibinə 94:13 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, dairəvi sistemlə keçirilən turnirin qalibi iyunun 22-də məlum olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta