2025-ci ilin yay aylarında Rusiyada yalnız işləyən pensiyaçıların pensiyasında artım nəzərdə tutulur.
Mövcud qanunvericiliyə əsasən, hər il avqustun 1-dən işləyən pensiyaçıların pensiya məbləğləri əvvəlki il üzrə toplanmış pensiya ballarına uyğun olaraq yenidən hesablanır.
Bu proses avtomatik həyata keçirilir və vətəndaşların əlavə müraciət etməsinə ehtiyac olmur. Bu çərçivədə, 2025-ci ildə maksimum pensiya artımı 437,07 rubl təşkil edəcək.
İşləməyən pensiyaçılara gəlincə, onlar üçün əsas indeksasiya artıq ilin əvvəlində həyata keçirilib. 1 yanvar və 1 fevral tarixlərində pensiyalar əvvəlcə 7,3%, daha sonra isə faktiki inflyasiya səviyyəsi olan 9,5% əsasında indeksləşdirilib. Bu səbəbdən yayda onlara əlavə federal indeksasiya nəzərdə tutulmur.
Beləliklə, 2025-ci ilin yayında pensiya artımı yalnız işləyən təqaüdçüləri əhatə edəcək, digər kateqoriyalar üzrə isə yeni artımlar gözlənilmir. /News24.az/