AZ

İyul 1-dən kimlərin pensiyası artırılacaq?

2025-ci ilin yay aylarında Rusiyada yalnız işləyən pensiyaçıların pensiyasında artım nəzərdə tutulur.

 

Mövcud qanunvericiliyə əsasən, hər il avqustun 1-dən işləyən pensiyaçıların pensiya məbləğləri əvvəlki il üzrə toplanmış pensiya ballarına uyğun olaraq yenidən hesablanır.

 

Bu proses avtomatik həyata keçirilir və vətəndaşların əlavə müraciət etməsinə ehtiyac olmur. Bu çərçivədə, 2025-ci ildə maksimum pensiya artımı 437,07 rubl təşkil edəcək.

 

İşləməyən pensiyaçılara gəlincə, onlar üçün əsas indeksasiya artıq ilin əvvəlində həyata keçirilib. 1 yanvar və 1 fevral tarixlərində pensiyalar əvvəlcə 7,3%, daha sonra isə faktiki inflyasiya səviyyəsi olan 9,5% əsasında indeksləşdirilib. Bu səbəbdən yayda onlara əlavə federal indeksasiya nəzərdə tutulmur.

 

Beləliklə, 2025-ci ilin yayında pensiya artımı yalnız işləyən təqaüdçüləri əhatə edəcək, digər kateqoriyalar üzrə isə yeni artımlar gözlənilmir./News24.az

Tarix: 19 İyun 2025, 17:26   
Seçilən
0
7
pravda.az

8Mənbələr